01 Noyabr 2020

İpmedia.info

İnternational Press

Ərdoğan və Boris Conson Qarabağdakı gərginliyi müzakirə etdi

Read Time:27 Second

 57 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson telefon danışığı zamanı Dağlıq Qarabağdakı hərbi münaqişəni müzakirə ediblər.

İpmedia.info xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

“Müzakirələr zamanı regional məsələlər, xüsusilə Ermənistanın Azərbaycana hücumlarının yaratdığı gərginlik müzakirə edilib. R.T. Ərdoğan bölgədəki sülh və sabitlik üçün Ermənistanın öz qoşunlarını işğal altında olan Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı olduğunu vurğulayıb”, – Türkiyənin Prezident Administrasiyasının yaydığı məlumatda yazılıb.

Həmçinin, R.T. Ərdoğan və B. Conson Şərqi Aralıq dənizindəki hadisələri və Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə edib.

2+