22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Əfqanıstanda partlayış – Azı 15 ölü, 50-dən çox yaralı

Read Time:22 Second

 370 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

Əfqanıstanın Nanqahar əyalətində bombanın partlaması nəticəsində azı 15 nəfər həlak olub.  Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Məlumata görə, minalanmış avtomobil Qanihil dairəsi qubernatorunun iqamətgahının yaxınlığında partlayıb.

Sonra silahlı şəxslər binaya daxil olub atəş açıblar. Təhlükəsizlik qüvvələri onları məhv edə bilib.

İnsident nəticəsində azı 15 nəfər həlak olub, onların böyük hissəsi mülki şəxslərdir, 50-dən çox insan yaralanıb.

Məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.

0